NBA klubu keçmiş basketbolçusuna 578 brilyant qaşlı üzük hədiyyə etdi – FOTO

NBA klubu keçmiş basketbolçusuna 578 brilyant qaşlı üzük hədiyyə etdi – FOTO

“Los Anceles Leykers” komandası keçmiş Milli Basketbol Assosiasiyasının (NBA) rekordçusu Kərəm Əbdül-Cabbara 578 brilyant qaşla bəzədilmiş üzük hədiyyə edib.

 “Leykers”in hücumçusu LeBron Ceyms fevralın 8-də “Oklahoma Siti” ilə matçda Əbdül-Cabbarın 38 illik liqa rekordunu qırıb. Sonuncu 1969-1989-cu illərdə NBA-da çıxış edib və bu müddət ərzində 38.387 xal toplayıb. Ceymsin isə hazırda 38.390 xalı var.

Əbdül-Cabbarın 14 il formasını geyindiyi Los-Anceles klubundan aldığı üzükdə 578 brilyantdan başqa oyunçunun 33 nömrəsi, onun rekordunun rəsmiləşdiyi tarix (5 aprel 1984-cü il), qazandığı karyera xalları və Əbdül-Cabbarın NBA-nın ən yaxşı bombardiri siyahısında birinci yerdə olduğu müddət göstərilir.

Qeyd edək ki, hazırda Əbdül-Cabbarın 75 yaşı var. O, 1975-1989-cu illərdə “Leykers”də, ondan əvvəl isə 1969-1975-ci illərdə “Miluoki”də çıxış edib. O, 6 dəfə NBA çempionu və liqanın ən dəyərli oyunçusu olub.

Mənbə: TASS

Share: