Koronavirusla mübarizə pişiklər üçün vaksinlərin kəskin çatışmazlığına səbəb olub.
Buna pişik peyvəndi fabriklərinin COVID-19-a qarşı peyvənd istehsalçısına çevrilməsi, həm də karantin zamanı bir çox insanın pişik əldə etməsi səbəb olub. Nəticədə, İrlandiyada pişik qripi və pişik leykoz virusundan (FeLV) qorunmaq üçün vaksin çatışmazlığı yaranıb.
Çatışmazlığın xüsusilə fevral ayında və yazın əvvəlində, xəstəliklərin yayıldığı zaman ciddi hiss olunacağı gözlənilir.
Qeyd olunur ki, yaya qədər vaksin qıtlığının aradan qaldırılacağına ümid var. O vaxta qədər baytarlar pişikləri evdə saxlamağı və digər pişiklərdən təcrid etməyi tövsiyə edirlər.
Mənbə: rossaprimavera.ru