İngiltərə Premyer Liqasının XXIII turu Mersisayd derbisi ilə əlamətdar olub.
Oxu.Az xəbər verir ki, “Liverpul” doğma azarkeşlər önündə “Everton”u qəbul edib.
Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
36-cı dəqiqədə Mohammed Salah, 49-cu dəqiqədə isə Qakpo fərqlənib.
Bu nəticə ilə xallarının sayını 32-ə yüksəldən “Liverpul” 9-cu, 18 xallı “Everton” isə 18-ci pillədə qərarlaşıb.