Gələn ay Azərbaycanda COVID-19-la bağlı sammit keçiriləcək

Gələn ay Azərbaycanda COVID-19-la bağlı sammit keçiriləcək

Gələn ay Azərbaycanda COVID-19-dan sonrakı dünyaya həsr olunan növbəti sammit keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bunu Prezident İlham Əliyev Qananın Azərbaycandakı səfiri Oheneba Lesli Akua Akyaa Opoku-Varenin etimadnaməsini qəbul edərkən deyib.

Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində kontakt qrupu ölkələrinin iştirakı ilə gələn ay COVID-19-dan sonrakı dünyaya həsr olunmuş növbəti Sammitinə ev sahibliyi edəcəyini bildirən dövlət başçısı ölkələrimiz arasında siyasi əlaqələrin, iqtisadi-ticari, investisiya qoyuluşu sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu vurğulayıb.

Prezident Azərbaycanın təşkilatın sədri kimi peyvənd millətçiliyinə qarşı apardığı fəaliyyətini xatırladaraq bu sahədə yaxşı nailiyyətlərin əldə olunduğunu qeyd edib.


Share: