Suyun Yolu”dan 95 milyon dollar qazanıb

Suyun Yolu”dan 95 milyon dollar qazanıb

Rejissor Ceyms Kemeron “Avatar: Suyun Yolu” filmindən 95 milyon dollar qazanıb .

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, kinorejissor “20th Century Studios” arasında müqavilə bağlanıb və bu müqaviləyə əsasən, Kemeron filmin kassadakı uğuruna görə müəyyən bonuslar alıb.

“Avatar: Suyun Yolu”tarixdə altıncı, o cümlədən pandemiyadan sonra kassada 2 milyard dollardan çox pul toplayan ilk film olub. Həmçinin rejissor Ceyms Kemeronun üç filmi (Avatar və Titanik seriyaları) bu mərhələni keçən yeganə film olub.

Qeyd edək ki, bundan əvvəl “Titanik” kinoteatrlarda təkrar nümayişdən sonra qonorar baxımından “Avatar”ın ikinci hissəsini qabaqlamışdı.

Share: