Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ankaraya səfər edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Armenpress” yayıb.
Məlumata görə, Mirzoyanı hava limanında Türkiyəni Ermənistanla münasibətlərin normallaşması ilə bağlı danışıqlarda təmsil edən Serdar Kılıç qarşılayıb.
Mirzoyan Ankarada Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu ilə danışıqlar aparacaq.
***
Ankarada Ermənistan və Türkiyənin XİN rəhbərləri arasında görüş keçirilib.
“Nazir Mirzoyana zəlzələdən sonra verdikləri dəstəyə görə təşəkkür etdik”, – deyə Çavuşoğlu qeyd edib.