NATO-nun baş katibi Yens Stoltenberq Prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək və NATO-nun həmrəylik mesajını çatdırmaq üçün sabah Türkiyəyə gedəcəyini açıqlayıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Stoltenberq bu haqda NATO Müdafiə Nazirləri Toplantısının sonunda təşkil etdiyi mətbuat konfransında danışıb.
O, NATO-nun Türkiyəyə dəstəyi və sabah Türkiyəyə edəcəyi səfərlə bağlı məlumat verib.
“NATO müttəfiqləri, tərəfdaşları və NATO dəstəyini artırdı”, – deyə Stoltenberq əlavə edib.