Xəbər verdiyimiz kimi, Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət göstərən televiziya və radio kanalları “Türkiyə, tək ürək” adı altında zəlzələdən zərər çəkənlərə yardım kampaniyası çərçivəsində ortaq yayım həyata keçirir.
“Qafqazinfo” xəbər verir ki, canlı yayımda operator qismində bir sıra məşhur simalar əyləşib.
Bunlar arasında Türkiyənin 4 böyük futbol klubunun – “Qalatasaray”, “Fənərbağça”, “Beşiktaş” və “Trabzonspor”un prezidenləri də olub.
Klub prezidentləri gələn zəngləri cavablayaraq yardım edən şəxslərin qeydlərini aparıblar.