Türkiyədə əsrin fəlakətindən bir neçə saat əvvəl uşaqların əyləncəsi: Görüntülər ürək dağladı

Türkiyədə əsrin fəlakətindən bir neçə saat əvvəl uşaqların əyləncəsi: Görüntülər ürək dağladı

Episentri Kahramanmaraş olan 7,7 bal gücündə zəlzələlər Hatayın İskenderun rayonu da daxil olmaqla 10 vilayətdə böyük dağıntı və insan itkilərinə səbəb olub.

Əsrin fəlakətindən cəmi bir neçə saat əvvəl isə rayonun mərkəzi meydanında maraqlı tədbir təşkil edilibmiş. Bununla bağlı sosial şəbəkələrdə yayılan görüntülər – nələr baş verəcəyindən xəbərsiz olan uşaqların əyləncəsi ürəkləri dağlayıb.

Kadrlar bazar günü, fevralın 5-də, zəlzələdən bir neçə saat əvvəl çəkilib. Qeydə alınan son görüntülərdə İskenderun Bələdiyyəsinin Amanos dağlarından yük maşınları ilə daşıdığı qarın mərkəzi meydana töküldüyü görünür. Bundan sonra əksəriyyəti uşaqlardan ibarət sakinlər qartopu oynamağa başlayırlar…

 

Share: