Rusiya ilə Ukrayna arasında növbəti hərbi əsir mübadiləsi baş tutub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Danışıqlar nəticəsində Rusiyanın 101 hərbçisini geri qaytardığı bildirilir.
Qeyd edək ki, Ukrayna hələlik mübadiləni təsdiqləməyib.