“Qarabağ”ın oyununda Türkiyə və Suriyaya dəstək pankartı açıldı — Foto

“Qarabağ” Avropa Konfrans Liqasının pley-off mərhələsində ilk oyununda Belçikanın “Gent” klubunu qəbul edir.

“Qafqazinfo” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda Türkiyə və Suriyada baş verən zəlzələ qurbanları anılıb.

Mərkəzi arenada Türkiyə və Suriya dəstək məqsədilə bu ölkələrin dillərində “Yanındayıq” pankartı açılıb. Bundan başqa zəlzələ qurbanları bir dəqiqəlik sükutla yad edilib.

Qeyd edək ki, pankartın açılması UEFA-nın tələbidir.


Share: