Türkiyədə 258 saat sonra möcüzə: 20 yaşlı qız dağıntılar altından sağ çıxarıldı

Türkiyəni sarsıdan zəlzələlərdə axtarış-xilasetmə işləri davam edərkən, daha bir möcüzə yaşanıb.

Belə ki, Kahramanmraşda zəlzələdən 258 saat sonra bir nəfər Ebrar yaşayış massivinin dağıntıları altından sağ olaraq xilas edilib.

Həmin şəxs 20 yaşlarında olan Neslihan Kılıç olub.

O, təcili yardım vasitəsilə xəstəxanaya çatdırılıb.

 

Share: