“Qarabağ”ın prezidenti Tahir Gözəl Kadi Borxesin Azərbaycan klubundan gedişindən danışıb.
“Qafqazinfo” xəbər verir ki, o, Konfrans Liqasının 1/16 final mərhələsində “Gent”ə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra komandasının bir futbolçudan asılı olmadığını bildirib:
“Komandamız göstərdi ki, biz heç bir futbolçudan asılı deyilik. Vacib oyunçularımızın komandada qalması üçün hər şeyi edirik. Amma bir klub çıxıb müqavilədə nəzərdə tutulan məbləği verirsə, nə edə bilərik? Dubaya gedərkən təsadüfən Kadi ilə eyni təyyarədə idim. Ondan soruşdum ki, “Qarabağ” sənin üçün necə idi? Dedi ki, komanda əla idi, hər şey yaxşı idi. Qurban Qurbanov əsl lider, komanda möhtəşəmdir. Yeni gələnlər də heyətə pis qoşulmayıb, ilk avrokubok oyunu üçün yaxşı idilər. Ümid edirəm ki, səfərdə daha yaxşı olacaq”.