Üç iranlı iş adamı ABŞ-nin Federal Təhqiqat Bürosu tərəfindən axtarışa verilib.
Onlar Tehran rejiminə sanksiyalardan yayınmağa yardım etməkdə ittiham olunurlar.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Kanadanın CBC telekanalı bununla bağlı xəbərində bildirib ki, Kanadada yaşayan həmin şəxslər İrana ABŞ sanksiyalarından yan keçməyə yardım etmək məqsədilə yüz milyonlarla dolları gizlətməkdə ittiham olunurlar.
“Həmin üç nəfər ABŞ-də mühakimə olunsalar, onları 20 ilə qədər həbs gözləyir”, – deyə telekanalın məlumatında qeyd edilib.