İsrailin Təl-Əviv şəhərində keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirinə bu gün yekun vurulacaq.
“Qafqazinfo” xəbər verir ki, yarışın son günündə Azərbaycan millisinin 4 üzvü mübarizəyə qoşulacaq.
90 kq-da çıxış edən Məmmədəli Mehdiyev türkmənistanlı Məmmədəli Açıldıyevlə üz-üzə gələcək.
100 kq-da yer alan Zelim Kotsoyevin rəqibi Rafael Buzakarini (Braziliya) – Tomas Brisenyo (Çili) görüşünün qalibi olacaq. 100 kq-dan yuxarı çəkidə yarışan Uşangi Kokauri Mirça Krotoriy (Rumıniya) – Freddi Fiqeroa (Çili) cütünün, Camal Qamzatxanov isə Xose Nova Alkantara (Dominikan Respublikası) – Losseni Kone (Almaniya) cütünün güclüsünü sınağa çəkəcək.
Qeyd edək ki, yarışın ilk günündə Orxan Səfərov (66 kq) gümüş medal qazanıb.