“Əminəm ki, bizim ictimai fəallarımız öz şərəfli missiyasından əl çəkməyəcəklər”

“Avropa İttifaqı da bizim mövqeyimizi anlayır. Biz haqlı olaraq tələb edirik ki, yataqlarımızın qanunsuz istismarı dayandırılsın və buna nail olunmayana qədər əminəm ki, bizim ictimai fəallarımız öz şərəfli missiyasından əl çəkməyəcəklər. Bu gün də bunu çatdırmağa çalışdım”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev fevralın 18-də Münhendə televiziya kanallarına müsahibəsində söyləyib.

Dövlət başçısı eyni zamanda, Ermənistan və Azərbaycanın ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələrini Ermənistan-Azərbaycan sərhədində yaratmaları barədə də təklif verdiyini açıqlayıb:

“Biz bu təklifi vermişik, bu gün rəsmən vermişik. Daha əvvəl bu təklif qeyri-rəsmi kanallar vasitəsilə çatdırılmışdır. Ermənistan tərəfindən hər hansı mövqe səsləndirilmədi”.


Share: