Ukraynalı zabit Baxmutun mərkəzindən videomüraciət yaydı: “Cəbhədə vəziyyət son dərəcə mürəkkəbdir”

Ukrayna Silahlı Qüvvələrininin “Madyar” ləqəbli komandiri G7 ölkələrinin Münhendə toplanan XİN başçılarına videomüraciət ünvanlayıb.

Döyüşçü mühasirəyə alınmış Baxmutun mərkəzindən ünvanlandığı müraciətdə qeyd edib ki, cəbhədə vəziyyət son dərəcə mürəkkəbdir.

Ukraynalı hərbçi hər dəqiqənin qızıla bərabər olduğunu xatırladaraq təcili olaraq Ukraynaya ən müasir texnika və uzaq mənzilli raketlərin verilməsini istəyib.

Share: