Vətən müharibəsi şəhidinin atası vəfat etdi — Foto

Vətən müharibəsi şəhidinin atası vəfat etdi — Foto

Vətən müharibəsi şəhidi, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin miçmanı Ruslan Rəcəbovun atası vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, şəhidin atası Rəcəb Rəcəbov Bakıda xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, 1984-cü il təvəllüdlü Ruslan Rəcəbov 2020-ci il oktyabrın 31-də Xocavənd rayonu ərazisində şəhid olub. O, ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.



Share: