İslandiyada güclü zəlzələ baş verib

İslandiyada güclü zəlzələ baş verib

İslandiyada 5,3 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri paytaxt Reykyavik şəhərindən 214 km şimal-şərqdə yerləşib. Zəlzələ ocağı 10 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Qeyd edək ki, paytaxtın əhalisinin sayı 118 min nəfərə yaxındır.  

Share: