DTX-nin tutduğu gömrük generalı ev dustaqlığına buraxılmayıb

DTX-nin tutduğu gömrük generalı ev dustaqlığına buraxılmayıb

Ötən ilin iyununda korrupsiya ittihamı ilə həbs olunan Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinin direktoru, gömrük general-mayoru Ehtiram Xəlilovun ev dustaqlığına buraxılması xəbəri həqiqəti əks etdirmir.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Ehtiram Xəlilov hazırda həbsdədir.

13:12

Ötən ilin iyununda korrupsiya ittihamı ilə həbs olunan Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinin direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov ev dustaqlığına buraxılıb.

Bu barədə Axar.az-a daxil olan məlumatda bildirilib.

Qeyd edək ki, 2022-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Bakıda genişmiqyaslı əməliyyatı nəticəsində Dövlət Gömrük Komitəsinin bir neçə yüksək rütbəli vəzifəliləri saxlanılmışdılar. Saxlanılanlar arasında “Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov da var idi. O, külli miqdarda rüşvət almaqda və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir.

Share: