Avropa İttifaqı TikTok sosial şəbəkəsindən istifadəni işçilərinə qadağan edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Aİ çalışanlarına şəxsi və korporativ telefonlarından TikTok tətbiqini silməyi tapşırıb.
Aİ-nin digər qurumları olan Avropa İttifaqı Şurası və Avropa Parlamentinin də yaxın gələcəkdə oxşar addımlar atacağı gözlənilir.
Qeyd edək ki, ABŞ-də rəsmi xidmət üçün istifadə edilən cihazlarda TikTok-dan istifadə qadağan edilib.