Bu gün Azərbaycan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 150 nəfərlik konfrans zalında yeni bir kitab doğuldu.
Şeirləri nur saçıb zalda əyləşənlərin qəlbinə doldu. Bu gün bir müəllif ana oldu. Günlərlə yuxusuz gecələrinin bəhrəsi olan övladlarını yığıb topladı bir kitabda. Bu gün bir kitablıq sözü vardı Ülviyyə Əbülfəzqızının. “Ruhumun nəğməsi” deyib, könülləri oxşadı. Azər Hacıbəylinin dəstəyi, Mərcan Şahbuzlunun aparıcılığı, Esmira Günəşin ruhlandırıcı çıxışı, Habil Yaşarın xoş təbrikləri və gələn qonaqların sevgisiylə yadda qaldı bu gün. Vərəq-vərəq çevrilib, sətir-sətir oxundu. Hər şeir bir dünya tək ürəklərə toxundu. Xoş gəldin “Ruhumun nəğməsi” ayağın sayalı, uğurların bol olsun.
Esmira Günəş
Müstəqil.az