Rusiyanın 11 min metr yüksəklikdə olan təyyarəsində sərnişinlər oksigensiz qaldılar

Rusiyanın 11 min metr yüksəklikdə olan təyyarəsində sərnişinlər oksigensiz qaldılar

Rusiya hava məkanında təyyarədə təhlükəli anlar yaşanıb.

Belə ki, Soçidən Krasnoyarska uçan “Rossiya” aviaşirkətinin təyyarəsinin salonunda hermetizasiya ilə bağlı problem yaranıb. Bundan başqa, sərnişinlərin sözlərinə görə, hava gəmisi çox köhnə olduğundan salonda olanların hamısı üçün oksigen maskaları düşməyib.

Hadisə 11 min metr hündürlükdə baş verib.

Enişdən sonra bütün sərnişinlər həkimlər tərəfindən müayinə ediliblər. Onlardan beşinə tibbi yardım tələb olunub.

Mənbə: “Baza” “Telegram” kanalı

Share: