“Azərbaycan Ermənistanla sülh sazişi üzrə danışıqlarda onlayn diplomatiyanı ən səmərəli üsul hesab etmir”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında deyib.