“Qərbi Azərbaycandakı maddi və qeyri-maddi mənəvi irslərimizi qorumalıyıq”

“Qərbi Azərbaycandakı maddi və qeyri-maddi mənəvi irslərimizi qorumalıyıq”

“Qərbi Azərbaycanda minillik tarixi abidələrimiz var, bu abidələrin bəziləri ilə bağlı araşdırmalar aparmışıq”.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Milli Məclisin Mədəniyyət komitəsi ilə Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyinin təşkil etdiyi birgə ictimai dinləmələr zamanı Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, deputat Əziz Ələkbərli bildirib.

Onun sözlərinə görə, əvvəllər Qərbi Azərbaycanda aşıq sənəti, adət-ənənələrimiz olub: “İnsanlarımızın Qərbi Azərbaycandan çıxarılmasına görə bunlar itib. Qərbi Azərbaycanda maddi və qeyri-maddi mənəvi irslərimiz var, onları qorumalıyıq”.

Share: