“Aİ sanksiyaları ilə öz iqtisadi suverenliyini öldürür”.
“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Zaxarova Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi 10-cu sanksiyalar paketi ilə bağlı açıqlama verib:
“Bu dəfə də belə olacaq. Hər bir sanksiya paketi göstərir ki, Rusiyaya qarşı məhdudiyyətlər faydasızdır. Sanksiyalar ilk növbədə Avropa Birliyinin (Aİ) iqtisadi üstünlüyünü öldürür”.