Britaniya monarxlarının taxtı III Çarlzın tacqoyma mərasimindən əvvəl bərpaya göndərilib.
Ekspertlərin fikrincə, 700 illik palıd taxt “son dərəcə kövrəkdir”. Bərpaçılar kürsünü təmizləyir və soyulmuş zərli təbəqələri bərpa edirlər.
Taxt 1272-ci ildən 1307-ci ilə qədər hökmranlıq edən Kral I Edvardın əmri ilə hazırlanıb. O vaxtdan bəri, demək olar ki, bütün tacqoyma mərasimlərində istifadə olunur.
Bildirilir ki, artıq dörd aydır ki, taxtın bərpası üzərində iş gedir.
Xatırladaq ki, III Çarlzın tacqoyma mərasimi mayın 6-da keçiriləcək.
Mənbə: iz.ru