Almaniyanın Frankfurt şəhərindən Afrikanın ada ölkəsi Mavrikiyaya uçan təyyarə turbulentliyə məruz qalıb.
“Qafqazinfo” xəbər verir ki, Almaniya Xəbər Agentliyinə (DPA) danışan aviaşirkətin sözçüsü “Condor DE2314” reysinin enişdən 2 saat əvvəl turbulentə girdiyini bildirib.
Sözçü bildirib ki, turbulent nəticəsində yaranan silkələnmə nəticəsində kabin heyəti də daxil olmaqla 20 nəfər xəsarət alıb.
Qeyd edək ki, 272 sərnişin və 13 nəfərlik ekipajı olan təyyarə yerli vaxtla saat 06:29-da Mavrikiyanın paytaxtı Port-Luis yaxınlığındakı hava limanına təhlükəsiz eniş edib.