Türkiyədə zəlzələdən zərərçəkənlər üçün Bakıda psixoloji reablitasiya tədbiri keçirilib

Türkiyədə zəlzələdən zərərçəkənlər üçün Bakıda psixoloji reablitasiya tədbiri keçirilib

Türkiyədə baş verən dağıdıcı zəlzələdən zərər çəkən və Azərbaycana təxliyə olunan şəxslər üçün Bakıda psixoloji reablitasiya tədbiri keçirilib.

“Report” xəbər verir ki, Peşəkar Psixologiya Mərkəzi və Müasir Psixologiya Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirin əsas məqsədi zəlzələdən zərərçəkmiş, psixoloji travma almış insanlara dəstək göstərmək olub.

Tədbirdə zəlzələdən sonra ölkəmizə təxliyə olunan Azərbaycan və Türkiyə vətəndaşları iştirak ediblər.

Peşəkar Psixologiya Mərkəzinin rəhbəri klinik psixoloq Nuriyyə Quliyeva deyib ki, zəlzələ insanlarda ağır psixoloji travmalar yaradır. Ona görə də həmin insanlara psixoloji yardımın göstərilməsi vacibdir.

Müasir Psixologiya Mərkəzinin rəhbəri klinik psixoloq Aida Sübhan vurğulayıb ki, zəlzələnin təsirinə məruz qalan insanlar ağır stres keçirirlər:

“Bunun təsiri uzun müddət qalır. Həmin şəxslərə psixoloji yardım da davamlı olmalıdır”.

Tədbir boyunca travmaların aşkar olunması, gərginliyin aradan qaldırılması üçün söhbətlər aparılıb, eyni zamanda xüsusi texnikalar tətbiq edilib.

Share: