Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında Kahramanmaraşda baş verən zəlzələlərin nəticələrini araşdırmaq üçün TBMM Araşdırma Komissiyası yaradılıb.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, komissiyanın yaradılması ilə bağlı təklif yekdilliklə qəbul edilib.
Komissiyada ələ alınacaq tədbirlər, şəhərə inteqrasiya etmək layihələri və fəlakətlərdən sonrakı proseslə bağlı araşdırmalar aparılacaq. Baş Assambleyada edilən çıxışlarda növbəti fəlakətlərin qarşısının alınması üçün görüləcək tədbirlərə diqqət çəkilib.