Cinayət törətdikləri üçün tutulmuş və həbs edilmiş xanımların İnstaqramda fotolarının yerləşdirildiyi akkaunt sürətlə populyarlaşır.
Müstəqil.Az Milli.az-a istinadən xəbər verir ki, ABŞ-da yaradılmış “Maqşot” akkauntunda artıq 300 foto paylaşılıb.
“Maqşot” Birləşmiş Ştatlarda həbsdən dərhal sonra çəkilən profil və anfas fotolarıdır.
Azərbaycanda da sosial şəbəkələrdə “cinayətkar aləmin ən gözəl mənsubu” kimi tanınan qadın var. O, qarətə görə tutulmuş Şəmkir rayon sakini 23 yaşlı Səidə Kərimovadır.