“Yollarımızı baglayan tikintilərə etiraz edək!” – SOS

Bakının bütün rayonlarında yeni binalar tikilir, yollar təmir edilir, parklar salınır. Buna  sevindirici haldır demək olar, əgər bu tikintilər bəzən şəhər sakinlərin rahatsızlığına səbəb olmasa...

Sahibkarlar bəzən sakinlərin piyada gedişi ümün nəzərdə tutulan yolları deyil, avtomobil yollarını da iflic vəziyyətə salmaqla insanlarımız arasında haqlı narazılığa səbəb olur.

Müstəqil.Az xəbər verir ki, tanınmış jurnalist, “Qanun” nəşrlər evinin sahibi Şahbaz Xuduoğlu belə bir olayın ictimailəşdirilməsini sosial şəbəkədə gündəmə gətirib O, şəkilləri paylaşaraq əlaqədar təşkilatlara görəvlərini yerinə yetirmək ümün şəhər sakinlərindən kömək istəyib:
“Binəqədi rayonu, Rəsulzadə qəsəbesində tikilir bu bina. Qəsəbədən keçən magistral yolun düz üstündə. Hətta piyada keçidini də bağlayıblar.
Biz kiminsə qapısını döyüb tikintini dayandırın deyə bilmirik. Amma biz sosial şəbəkələrde bu tikintiyə etiraz edə bilərik. Yollarımızı baglayan tikintilərə etiraz edək!”

Müstəqil.Az

Görüntünün olası içeriği: açık hava
Görüntünün olası içeriği: ağaç, gökyüzü, ev, açık hava ve doğa
Görüntünün olası içeriği: gökyüzü, ağaç ve açık hava
Görüntünün olası içeriği: gökyüzü ve açık hava

Share: