Masallıda avtoxuliqanlıq edən sürücü həbs edildi

Masallıda avtoxuliqanlıq edən sürücü həbs edildi

Masallı rayonunda toy karvanlnda avtoxuliqanlıq edən daha bir nəfər həbs edilib. 

Oxu.Az-ın əldə etditi məlumata görə, avtoxuliqanlıq edən, tiktoker Şahin Cavadovun saxlanılıb və həbs edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Masallı Rayon Polis Şöbəsində aparılan müvafiq araşdırma nəticəsində sözügedən toy karvanında daha bir sürücünün Masallı rayon sakini Şahin Cavadovun da avtoxuliqanlıq etdiyi müəyyən edilib:

“Həmin barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Masallı rayon məhkəməsinin qərarı ilə həmin şəxs sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 15 gün müddətində inzibati qaydada həbs edilib”.

Qeyd edək ki, bir neçə gün əvvəl toy karvanında avtoxuliqanlıq edən və müxtəlif qayda pozuntularına yol verən sürücülərlə bağlı sosial şəbəkələrdə görüntülər yayılmışdı. Masallı Rayon Polis Şöbəsində müvafiq araşdırmanın başlanması və ümumilikdə altı nəfər barəsində inzibati qaydada tədbir görülüb.

Belə ki, həmin sürücülərdən dördü barəsində inzibati qaydada protokol tərtib edilmiş, ikisi barəsində isə toplanmış materiallar rayon məhkəməsinə göndərilib.

Share: