Böyük Britaniyada qeyri-qanuni miqrasiyaya son qoyulacaq

Böyük Britaniyada qeyri-qanuni miqrasiyaya son qoyulacaq

Böyük Britaniyanın baş naziri Rişi Sunak martın 7-də La Manş boğazı boyunca qayıqlarla qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün qanun layihəsinin təqdimatı ərəfəsində insan qaçaqmalçılığına son qoyacağına söz verib.

Qanun layihəsi daxili işlər naziri Svella Braverman tərəfindən hazırlanıb.

Bildirilir ki, yeni qanunla Böyük Britaniyaya qayıqla gələnlərə sığınacaq verilməsi qadağan olunacaq və həmin şəxslər Ruandaya və ya “təhlükəsiz üçüncü ölkəyə” “mümkün qədər tez” göndəriləcəklər.

Həmçinin, gələnlərin qovulduqdan sonra Böyük Britaniyaya qayıtması qadağan ediləcək.

“Mən qayıqları dayandırmaq vədimə əməl etməkdə qərarlıyam. Odur ki, bura qanunsuz gəlsəniz, qala bilməyəcəksiniz”, – deyə Sunak bildirib.

Mənbə: gazeta.ru

Share: