Benzema VAR-a “ilişdi”, “Real” xal itirdi

Benzema VAR-a “ilişdi”, “Real” xal itirdi

İspaniya La Liqasının XXIV turunda “Real” “Betis”in qonağı olub.

Oxu.Az xəbər verir ki, görüşdə hesab açılmayıb – 0:0.

12-ci dəqiqədə Kərim Benzema topu əndəlusiyalıların qapısından keçirsə də, əllə oyun əsəbindən VAR qolu ləğv edib.

Xal itkisi “Real”ın lider “Barselona” ilə fərqin 9-a yüksəlməsinə səbəb olub. İkinci pillədə qərarlaşan madridlilərin aktivinə 53 xal var.

Share: