Niderlandın bir sıra bələdiyyələrində yetkinlik yaşına çatmayanlara bıçaq gəzdirmək qadağası tətbiq edilib.
Qroningendə bu tədbir bir həftə əvvəl qüvvəyə minib. Oxşar qadağa Vintersveyk, Middelburq və Vlissingendə də tətbiq edilib.
Məlumata görə, qadağa mətbəx bıçağı kimi soyuq silahlara şamil edilib.
Qeyd olunur ki, yeniyetmələr arasında bıçaqdan istifadə ilə zorakılıq halları artmaqdadır. Polis keçən il yetkinlik yaşına çatmayanların iştirakı ilə 70-ə yaxın bıçaqlanma hadisəsi qeydə alıb ki, bu da son illərin ən yüksək göstəricisidir.
Mənbə: rossaprimavera.ru