“Bizim vaxtımızda Xalq artistinə hörmət edirdilər”

“Bizim vaxtımızda Xalq artistinə hörmət edirdilər”

“Hər xanımın arzusu fərqlidir. Biz bu sənətə gələndə düşünmürdük ki, sənətin müəyyən zirvəsinə yüksələcəyik, məşhur olacağıq, villa, maşın alacağıq, Əməkdar, Xalq artisti olacağıq. Heç vaxt bu niyyətdə olmamışam”.

Kulis.az xəbər verir ki, bu sözləri Xalq artisti Nübar Novruzova “Dikdaban” verilişində deyib. Aktrisa sənətə gəlməsindən danışaraq, bunları söyləyib:

“Məni o qədər əzib, sındırmaq istədilər ki… Bir dəfə verilişə rəqsə hazırlaşırdım. 42 kiloqram çəkim var idi, xarici müğənniləri yamsılayırdım. Veriliş boyunca gözlərimi çəkib efirə verirdilər, bir gecənin içində məşhurlaşdım. Səhər küçəyə çıxanda hamı məndən danışırdı. İndi qocalmışam, yaşlanmışam. Bəs indi niyə məni qısqanırlar? Bizim vaxtımızda Xalq artistinə hörmət edirdilər. İndi xəyal etdiyim yerdə deyiləm”.

axşam.az

Share: