Xəbər verdiyimiz kimi, bu gün Ukrayna Prezidenti Volodimir Zelenski BMT-nin baş katibi Antonio Quterreşlə görüşüb. Kiyevdə sülh və beynəlxalq təhlükəsizlik, eləcə də BMT Nizamnaməsinin tam olaraq yerinə yetirilməsinə dair müzakirələr aparılıb.
“Qafqazinfo” xəbər verir ki, görüş barədə Zelenski sosial media hesabında məlumat yayıb.
O bildirib ki, bu görüş Ukrayna təhlükəsizliyinin təminatı baxımından çox böyük önəm daşıyır:
“Mən bu gün Kiyevdə – Rusiyanın genişmiqyaslı təcavüzü başlayandan bəri üçüncü dəfədir Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş və BMT nümayəndə heyətini salamlamaqdan məmnunam”.
Qeyd edək ki, bu, Quterreşin son bir ildə Ukraynaya üçüncü səfəridir.