Xalq Yazıçısı Anar fəxri sədr, Səlim Babullaoğlu isə sədr müavini seçiliblər

Xalq Yazıçısı Anar fəxri sədr, Səlim Babullaoğlu isə sədr müavini seçiliblər

Martın 6-da Ankarada, TÜRSKOY-un (Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı) iqamətgahında türk dövlətləri yazıçı təşkilatıları rəhbərlərinin iştirakı ilə “TÜRKSOY Yazarlar Birliyi”nin quruluş toplantısı keçirilib.  TÜRKSOY Yazarlar Birliyinin təsis olunması ilə bağlı sənəd imzalanıb.

Müstəqil.Az-ın əldə etdiyi məlumata görə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar TÜRKSOY Yazarlar Birliyinin fəxri sədri, Qazaxıstan Yazıçılar Birliyinin sədri Uluqbəy Esdövlət TÜRKSOY Yazarlar Birliyinin sədri, Səlim Babullaoğlu isə TÜRKSOY Yazarlar Birliyinin sədr müavini vəzifəsinə seçiliblər.

Hörmətli Anar müəllimi və Səlim Babullaoğlunu təbrik edirik.

Müstəqil.Az

Share: