Nadir qan qrupu: “Yaşıl qan…” – Rövşən Novruzoğlu yazdı

Nadir qan qrupu: “Yaşıl qan…” – Rövşən Novruzoğlu yazdı

Bu qan damcıları bütün epidemiologiyalara qarşı xilasedici dərman kimi istifadə olunur.   

Keçmiş ittifaqın “Baş Kəşfiyyat İdarəsində” “Azərbaycanda tibb sahəsində aparılan həkim tədqiqatları və araşdırmaları istiqamətində ekspedisiyanın nəticələri (Tam məxfidir) Qrifi altında saxlanılan qovluqlarda maraqlı və ciddi materiallar qorunur. Məlumata görə həmin sənədlər toplusuna azərbaycanlı professor Lətif Vəliyevin imzası ilə sənədlər var. Üstündə “Oxunması qadağa və istifadə üçün götürülməsi qadağandır” (Tərcümə) qrifi olan (İnformasiya Komitəsi) qeydlər dəftərində maraqlı və ciddi təqdimat materialları var. Bu qeydlər məxfi qrifə salınmazdan əvvəl 147 dəfə oxunub. Səhifə-səhifə, cümləbəcümlə köçürülüb. (Biz bu barədə ola bilsin daha geniş araşdırma aparaq). Professorun “Qeydlər dəftəri” həm də yarımçıq qalan elmi tədqiqatların, araşdırmaların nəticələri idi. Bu qeydlərin bizim üçün qiyməti onda idi ki, professor Lətif Vəliyev ötən əsrin 20-30-cu illərində genetik sisteminə və yaxud qan hüceyrələrinə görə Azərbaycanın ayrı-ayrı yaşayış məntəqələrindən nəzərdə tutulan məqsədlər üçün sürgün olunmuş, başqa ərazilərə (Azərbaycandan kənar) köçürülmüş nəsillərdən bəhs edir, onların tarixindən danışırdı. İlkin olaraq professor bu qədqiqatları ilə Azərbaycanda çox geniş yayılmış, müalicəsi mümkün olmayan xəstəliklərin ilk beşiyini, mənbəsini göstərirdi. Məsələn Azərbaycanda ilkin olaraq intihar, vərəm və onun sindromları haradan, hansı yaşayış məntəqəsindən başlayıb və nə üçün qarşısı alınmayıb? O da açıqlanır ki, Azərbaycanda yayılmış və bilavasitə genetik xəstəliklər kateqoriyasına daxil olan 63 xəstəlik və onların 240 sindromu bilərəkdən yayılıb və müalicəsi nəzərdə tutulmayıb. Nəticədə 4,8 milyon azərbaycanlı məhv edilib, sıradan çıxıb. (Bu ötən yüz illiyin ağrılı-acılı nəticələrindəndir).

Professorun qeydlərini təhlil etdikcə, o qeydlər ətrafında düşündükcə qarşımızda faciəmizlə bağlı daha geniş məsələlərin təhlili tələb olunur.

Faktiki olaraq həmin illərdə tibb sahəsində əsl mənada çaşqınlıq yaranmışdı. Qan hüceyrələrindəki (söhbət Azərbaycandan gedir) immunitet dözümlülüyü, genetik “sistem” bu sahədə tədqiqatlar aparan alimləri çox düşündürürdü. Bəzi yaşayış məntəqələrində nəsillər arasında qanın rəngində fərqlər müşahidə olunurdu. Bu müşahidələr əsasən hərbi sənaye komplekslərin tədqiqat sənədlərində, xüsusi arayışlarında adları Yaşıl üzük (Ordubad),  Bağ adası (Şamaxı), (Lənkəran), (Astara), Susuz dərə (Gəncə), Bircə (Ağstafa), Şeytan dərəsi (Şəmkir) kimi qeyd olunan ərazilərə giriş və çıxışlara məhdudiyyət qoyulması məsələsi ortaya atılmışdı. On üç il sonra professor Lətif Vəliyevin genetikanı və ölkəni əldən salan ağır xəstəliklərə qarşı vaksinlərin tapılması istiqamətində apardığı elmi-tədqiqatın nəticələri ölkənin rəhbəri İ.Stalinin otağında nəzərdən keçirilir. Be akademikin, üç professorun iki kəşfiyyat genetalının iştirakı ilə müzakirəyə çıxarılır. Ona qədər professorun taun və qara yara xəstəliklərinə qarşı “Muğan” və “Aran” vaksinləri “İnqa” qara yara üçün həb dərmanları az miqdarda satışda idi. Sonradan bu preparatların istehsalı tam məxfi qrifə keçirildi. 1947-ci ildə İ.Stalinin göstərişilə yaradılmış İnformasiya Komitəsi məxfi təşkilatının əsas məsələlərindən birin də Azərbaycanda qan hüceyrələrinin və diqqəti cəlb edən qan rəngi arasındakı fərqlərin öyrənilməsi idi. Əslində 1951-ci ilədək fəaliyyət göstərən təşkilat xarici kəşfiyyat materiallarında bu istiqamətdə iş aparırdı. Necə ola bilərdi?… Məsələn Gəncədə məskunlşan Əbdülsəlimovlar (bu nəsil kəsilib). Nəslinə mənsub qırmızı qanın tünd olması (söhbət qan laxtalanmasından getmir), yəni rəng çaları Astara yaşayış məntəqəsində məskunlaşan Hilalzadələr və Fərəclilər nəslinə mənsub qanın rəngindən fərqlənir. Hər iki nəslinqan rəngi “Yaşıl” rəngdə idi. “Yaşıl qan” əsl möcüzə idi. (Araşdırmalar hələr də davam edir). Eyni qan qrupuna malik olan bu nəsillər indi mövcud deyil. Hər iki nəsil məhv edilib, sırada – yəni Azərbaycanın genetika tarixindən çıxarılıb. Amma coğrafiyasında qalır. Sadəcə biganəlik imkan verməyib. Biz Azərbaycanın sayılıb-seçilən və bilərəkdən genetikaları kəsilən  nəsillərdən danışacağıq. Araşdırmalara görə 1947-ci ilin oktyabrın 13-də Hilalzadələr nəsli bütünlüklə Astaradan köçürülərək Gürcüstanın Kutansi ərazisinə deportasiya edilir. Çünki bu nəslin qan hüceyrələri İ.Stalinin vətəni üçün onun mənsub olduğu millətinin yaşaması üçün çox vacib idi. Statistika göstərir ki, 1947-ci ildə Gürcüstanın ayrı-ayrı yaşayış məntəqələrində orta ömür həddi sürətlə enməyə başlayıb. Ən sağlam gürcü nəsilləri (hərbi kəşfiyyat həkimi O.İ.Berzinin tədqiqatı) 40-45 ildən artıq yaşaya bilmirdi. O vaxt belə məlumatın mətbuata verilməsi qadağan idi. Nəticədə Gürcüstanın yaşayış məntəqələrində deoqrafik xətt və yaxud cədvəl pozulmuşdu. Polkovnik O.Terzin (General Qan Berzinin qohumu) İ.Stalinin ünvanladığı “Məxvi hesabında” göstərirdi ki, bütün bunlar gürcü ailələrində psixoloji durumu gərginləşdirir, xəstəliklərin artmasına səbəb olur, yeni indromlar yaradır.

Maraqlı faktlardan biri budur ki, damarlarından “Yaşıl qan” keçən Hilalzadələr nəsli Astaradan Gürcüstana ötürüləndə Qazax yaşayış məntəqəsində nəslin yaşlı üzvləri, əsasən qocalar bir tərəfə ayrılır və gecədən xeyli keçmiş, kəşfiyyat sənədlərində qeyd olunan Badi-Sədd deyilən körpünün ətəyində güllələnirlər. Nəslin 22 nəfər yaşlı nümayəndəsi sərhəddə – Badi-Sədd körpüsünün təqribən on addımlığında (O.Terzinin qeydlərindən) basdırılır… (Hilalzadələr nəslinin sonrakı taleyilə bağlı sənədlər olsa da, danışmağı hələlik lazım bilmirik).

Hilalzadələr nəslinin qan hüceyrələrini, (onun rəngini) araşdıran, bilavasitə MN-nin Baş Hərbi Kəşfiyyat İdarəsinin genetik tədqiqatlar qrupuna məxsus  “Kapitan V.İ.Suvorov qrupu”nun yekun sənədinə əsasən göstərilir ki, (Yeddi həkimin imzaladıqları rəy) Kremlin gündəlik iclaslarında geniş müzakirə edilirdi. Məlumata görə  Astara yaşayış məntəqəsindən çıxarılan Hilalzadələr nəslinə məxsus qan hüceyrələri hər hansı bir insan orqanizmində xərçəng sindromlarını (Yara və bəd xassəli şişləri) yarada biləcək virusları məhv edib, sıradan çıxarır, maddələr mübadiləsini tənzimləyir. Nəslin qan hüceyrələri qan qrupundan asılı olmayaraq, bütün insanlar üçün zəruri sayılırdı. Məhz bundan sonra Gürcüstanda əhali arasında geniş yayılmış qan xərçəngi və yaxud xərçəng xəstəliyinin  sindromları azalmağa başladı. Bu çox böyük bir elmi-tədqiqat işi idi. Rus generalı P.İ.İvaşutinin təbirincə desək, bu əsl möcüzə idi. “…Bütün İttifaq üçün qan möcüzəsi idi…”

Əbdülsəlimovlar nəslinə gəlincə… materiallar göstərir ki, bu nəslin də taleyi 1947-ci ildə dünyanın xarixi mətbuat səhifələrinə çıxarıldı. Məsələn Böyük Britaniya mətbuatında artıq Sovet İttifaqında aparılan genetik araşdırmaların genişlənməsi məsələsini yazırdılar. (Sovet alimləri o vaxt iddia edirdilər ki, belə araşdırmalar aparılmır)… Əbdülsəlimovlar ailəsi 1947-ci ilin oktyabrın sonunda Gəncədən Moskvaya deportasiya edildi.

Rövşən Novruzoğlu,

Milli Təhlükəsizlik Məsələləri üzrə ekspert,

professor, politoloq

Share: