Azərbaycan teatırının 150 yaşı

Azərbaycan teatırının 150 yaşı

Sosial- mədəni, ictimai- siyasi proseslərin zərurətindən Bakı, Şuşa, Şəki, Lənkəran, Naxçıvan, Tiflis və İrəvanda yaranmış xalq teatrlarının, meydan- məzhəkə oyunlarının peşəkar teatra çevrilməsindən bizi 150 illik zaman məsafəsi ayırır.

Prezident İlham Əliyevin  Azərbaycanın peşəkar milli teatrının yaradılmasının 150 illiyi ilə bağlı imzaladığı sərəncam dövlətin mədəniyyət siyasətində teatrın prioritet istiqamətlərdən olduğuna bariz nümunədir. Sevindirici haldır ki, bu il  həm də Sumqayıt Dövlət Dram Teatrının da 55 illiyinə təsadüf edir.

IMG_20230309_140020_513.jpg

Elə bu münasibətlə yaradıcı heyət martın 10-da  teatrın səhnəsindən dahi Üzeyir bəy gülüşü boy verəcək. Əməkdar artist Namis Şirməmmədov ədibin “O olmasın, bu olsun” liberettosuna quruluş verib. Məşhur filmdən tanıdığımız personajları Sumqayıt Dövlət Dram Teatrının truppası yeni çalarda tamaşaçılara təqdim edəcək Üzeyir bəydən gələn zərif yumor, şux musiqi, məzmun yükü zəngin dialoqlar, qrotekslər rejissor traktovkasında uğurlu səhnə versiyasına qovuşub. Mətnə və musiqiyə uyğun mizanlar, temporitm, yerinə düşən improvizələr tamaşanı səciyyələndirir.

Share: