Gürcüstanda etirazçılar hökumətin istefasını tələb etdilər

Gürcüstanda etirazçılar hökumətin istefasını tələb etdilər

Gürcüstanda davam edən etiraz aksiyasında əsas tələb hökumətin istefası olub.

“Qafqazinfo” Gürcüstan mediasına istinadən xəbər verir ki, aksiya iştirakçıları tələbləri təmin olunmayana qədər etirazları davam etdirəcəklərini bildiriblər. 

Həmçinin, növbəti aksiyanın sabah saat 11-də keçiriləcəyi anons edilib.

Qeyd edək ki, Gürcüstan parlamentinin qarşısına toplanan siyasətçilər, vətəndaş cəmiyyəti nümayəndələri, media işçiləri, tələbələr və sıravi vətəndaşlar parlamentin plenar sessiyasında müzakirə edilən “xarici agentlər” haqqında qanuna etiraz edirlər.


Share: