“Google”dan tərcümə ilə bağlı möhtəşəm yenilik

“Google”dan tərcümə ilə bağlı möhtəşəm yenilik

“Google Translate”in masaüstü veb-səhifəsinə şəkillərin tərcüməsi funksiyası əlavə edilib.

Daha əvvəl mobil versiyada mövcud olan şəkillərin tərcüməsi funksiyası, nəhayət, masaüstü kompüterlərdə də tətbiq edilib.

Əslində “Google Lens” uzun müddətdir fotoları tərcümə edir. Lakin bu funksiya yalnız hansısa sayta yüklənmiş fotoşəkillər üçün mövcud idi, kompüterdə olan fotonun tərcüməsi mümkün deyildi.

“Translate.google.com” bu problemi həll edib və yüklənən fotolardakı mətnlərin tərcüməsini mümkün edib.

“Google Translate” səhifəsini açdığınız zaman yuxarıdakı “Text”in yanında “İmage” seçimini görəcəksiniz. “İmage”ə keçdiyiniz zaman sizdən kompüterinizdən bir şəkil yükləməyiniz istəniləcək. “Tut-burax” seçimi olmadığı üçün şəkli kompüterinizdən bu formada yükləyə bilərsiniz.

Şəkli yüklədiyiniz zaman mətni tərcümə etmək istədiyiniz dili seçin. “Google” avtomatik olaraq şəkildəki mətni aşkar edib tərcümə edəcək. Əgər yuxarı sol tərəfdəki “Orijinalı göstər”i seçsəniz, fotonun həm orijinalını, həm də tərcümə edilmiş versiyasını eyni zamanda görə bilərsiniz.

“Google” burada sizə iki seçim təklif edir. Siz mətni kopiyalaya və ya tərcümə edilmiş şəkli yükləyə bilərsiniz. Bununla belə internet üzərindən etdiyiniz bu tərcümədə mətnin səsli versiyasını dinləmək mümkün deyil. 

Mənbə: Haber Global

Share: