Tanınmış tarzən Mirzə Sadıqcanın Şuşadakı evi təmir olunacaq

Tanınmış tarzən Mirzə Sadıqcanın Şuşadakı evi təmir olunacaq

“Azərbaycanın tanınmış tarzəni Mirzə Sadıqcanın Şuşada doğulub boya-başa çatdığı evi təmir olunacaq”.

Bunu “Report”un Şuşaya ezam olunmuş müxbirinə Şuşa Dövlət Qoruğu İdarəsinin əməkdaşı İsmayıl İsmayılov deyib.

Onun sözlərinə görə, bu ildən təmir-bərpa işlərinə başlanılacaq.

Qeyd edək ki, Azərbaycan musiqiçisi, tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən Mirzə Əsəd oğlu Sadıqcanın (Mirzə Sadıqcan) yaşadığı ev XIX əsrə aiddir.

Sadıqcanın evi Şuşa şəhərinin işğalından sonra erməni vandallar tərəfindən dağıdılıb. Şəhər azad edildikdən sonra binanın xarabalıqları aşkar edilib.

Share: