Xaçmazda 15 yaşlı qız dəm qazından ölüb.
“Report”un verdiyi məlumata görə, şəhərin Şıxəli Qurbanov küçəsində, 2008-ci il təvəllüdlü Əliyeva Səma Əlövsət qızı yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.
Ailə üzvlərinin bildirdiyinə görə, S.Əliyevaya ilkin tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.