Türkiyənin ilk elektromobili kütləvi satışa çıxarılır

Türkiyənin ilk elektromobili kütləvi satışa çıxarılır

Türkiyənin ilk elektromobili olan TOGG bu həftə satışa çıxarılacaq.

Bunu ölkənin sənaye və texnologiya nazirinin müavini Mehmet Fatih Kaçır bəyan edib.

“Allahın izni ilə Türkiyənin TOGG avtomobili bu həftə satışa çıxarılacaq. O, önümüzdəki günlərdə xalqımızın ixtiyarına veriləcək”, – deyə Kaçır bildirib.

O qeyd edib ki, artıq Türkiyə öz bölgəsinin parlaq istehsal bazasına çevrilib. Bu gün ölkə Avropanın dördüncü, dünyanın isə 14-cü ən böyük avtomobil istehsalçısıdır.

Mənbə: Haber Global

Share: