Başımız çətinliyə düşən kimi həyatı günahlandırırıq, taleyə öfkə duyuruq. Amma elə deyil, burda nə həyatın, nə taleyin suçu, günahı var.
Hər şeyin suçlusu da, günahkarı da elə özümüzük.Çox düz deyiblər :- insan özünə etdiyini bir ordu yığılsa belə edə bilməz.Təəssüflər olsun ki, insanoğlu belədir, hər şey olub bitəndən sonra ağlı başına gəlir.Amma gəlirsə…
gəlirsə ,bu da ziyanın yarısı, axı çoxumuz elə deyilik, kimiləri etdiyi səhvləriylə gerçəkləri anlar,nəticə çıxarar, ziyanın yarısından dönər, təkrarlamaz. Lakin və ancaq, dəfələrlə etdiyi səhvlərdən dərs çıxarmayanlar da var, olub, olacaq…
Və həyatı suçlamaq xobbimizə dönüb.
Bildiyim tək şey, həyata “təbəssüm ” borcumuz var.Həyata “təbəssüm” edərsən, sənə “gülümsəyəcək”.
Bu qədər bəsit!!!
SƏADƏT QƏRİB