Yunanıstan parlamentinin yaxınlığında minlərlə adamın iştirakı ilə mitinq keçirilir.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, mitinqə səbəb martın 1-nə keçən gecə Larisa şəhəri yaxınlığında 57 nəfərin ölümü və onlarla insanın yaralanması ilə nəticələnən qatar qəzasıdır.
Etirazçılar bu faciənin qarşısını ala biləcək rəsmilərin səhlənkarlığından hiddətləndiyini ifadə ediblər.