Komitə sədri: “Ali məktəblərin daha yuxarı təhsil haqqı tələb etmək hüququ yoxdur”

Komitə sədri: “Ali məktəblərin daha yuxarı təhsil haqqı tələb etmək hüququ yoxdur”

“Bu gün ali təhsil müəssisəsinin keyfiyyətli təhsilə görə daha yuxarı təhsil haqqı tələb etmək hüququ yoxdur”.

APA xəbər verir ki, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə deyib.

“Mahiyyət etibarilə sən keyfiyyətlisənsə, daha az vəsait əldə edirsən və təhsilin keyfiyyətinin artırılması üçün vəsaitin olmur. Göründüyü kimi burada paradoks var. Həmçinin alternativ maliyyə mənbələrinə də çıxış imkanları yoxdur”, – deyə komitə sədri qeyd edib.

Share: