Kreml Navalnı haqda filmə “Oskar” mükafatının verilməsinə münasibət bildirdi

Kreml Navalnı haqda filmə “Oskar” mükafatının verilməsinə münasibət bildirdi

Kreml Aleksey Navalnı haqqında filmə “Oskar” mükafatının verilməsinə münasibət bildirib.

Kulis.az xəbər verir ki, APA-nın Moskva müxbirinin məlumatına görə, Kremlin sözçüsü Dmitri Peskov filmin keyfiyyəti barədə mühakimə yürütməyəcəyini söyləyib:

“Çünki filmə baxmamışam. Amma güman edirəm ki, burada siyasiləşmə elementi var”, o deyib.

Qeyd edək ki, rusiyalı müxalif Aleksey Navalnı haqqında film sənədli film nominasiyasında “Oskar” mükafatına layiq görülüb.

Share: